"Yeni dəhlizlər yaranacaq" - Prezident

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin yerləşdiyi regionda Ermənistan istisna olmaqla digər qonşularla işlək dost münasibətlərin yaradıldığını bəyan edib.
Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda paneldə çıxış edən İlham Əliyev digər ölkələrlə iqtisadi ixrac münasibətlərin qurulduğunu deyib.
"Hətta hazırda Ermənistana yüklərin daşınması istiqamətində məhdudiyyəti qaldırmışıq. Hazırda Ermənistandan Rusiyaya yüklərin daşınması ilə bağlı şəraitin yaradılması üçün müraciət edilib. Biz müxtəlif dəhlizlər qurmuşuq. Hazırda bu yollar Gürcüstandan keçir, bir müddət sonra Ermənistandan keçəcək, sonra oradan Azərbaycana. Düşünürəm ki, bu tarix yaxındır".
Dövlət başçısı Azərbaycanın Türkiyə ilə qardaş ölkə olaraq müxtəlif əlaqələr yaratdığını deyib və Azərbaycanın Türkiyədə investisiyalarının 20 milyard dolları üstələdiyini qeyd edib
"Eyni zamanda Gürcüstanda ən böyük xarici investor kimi çıxış edirik. Hazırda ABŞ nəzarətində olan böyük bir bağlantı layihəsinin yaranmasının şahidi oluruq. Yeni dəhlizlər yaranacaq, bu dəhlizlərin çox olması həm tranzit ölkələr, həm də idxalçılar və ixracatçılar üçün yaxşıdır".
İlham Əliyev bəyan edib ki, regionda əldə etmək istəkləri reallaşdırılmasa qlobal səviyyədə də iddialar mənasızdır:
"Xüsusilə Ermənistanla Azərbaycan arasında münasibətlərin inkişafı, eyni zamanda Türkiyə ilə Ermənistan arasında yaxınlaşma iki paralel gedən prosesdir. Məsələlərin həlli paralel baş verəcək və bununla da Avrasiyanın böyük bir bölgəsində bağlantı, təhlükəsizlik, sülh və sabitlik üçün münbit şərait yaradırıq. Bu uzun müddət davam edən münaqişələrin sülhlə nəticələnməsinin bariz nümunəsi olacaq".
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
22 dekabr 2025, Bazar ertəsi
Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət kursu ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb”
04 dekabr 2025, Cümə axşamı
İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL
Şərhlər (0)


