“Naxçıvanı, Şərqi Zəngəzuru və Qarabağı bir bölgə kimi birləşdirəcəyik” - Prezident

“Naxçıvanı Türkiyə ilə də birləşdirə biləcək dəmir yolu mütləq olmalıdır və bütün bu layihələr təbii ki, koordinasiya şəklində aparılmalıdır”.
“Bu fikri Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
Azərbaycanda bütün yolların daha tez həll oluna biləcəyini vurğulayan dövlət başçısı ölkəmizin ərazisində Zəngəzur dəhlizi ilə bağlı artıq heç bir problemin qalmadığını qeyd edib.
Azərbaycanın təşəbbüsü ilə Ağbənd qəsəbəsində Arazın üzərindən körpünün də inşa edildiyini deyən Prezident İlham Əliyev bildirib:
“Hazırda Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün Biləsuvardan uzun yol qət edilməlidir. İndi isə İran ərazisindən Naxçıvana cəmi 45-50 kilometr gediş olacaq. Beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında iki bağlantı olacaq, biri Ermənistan üzərindən, biri isə İran üzərindən. Biz faktiki olaraq, Naxçıvanı, Şərqi Zəngəzuru və Qarabağı bir bölgə kimi birləşdirəcəyik”.
Daha çox xəbər:
04 dekabr 2025, Cümə axşamı
İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL
27 noyabr 2025, Cümə axşamı
İlham Əliyevin rəhbərliyi ilə Qarabağda bərpa - 5 ildə qurulan nəhəng infrastruktur
18 dekabr 2025, Cümə axşamı
Eldar Quliyev: “Azərbaycan-ABŞ ikitərəfli münasibətləri regionumuzda gedən konstruktiv proseslərin istiqamətini müəyyənləşdirən mühüm amillərdən biridir”
Şərhlər (0)

