Telefon:
+994 55 670 70 88
Xəbərçi » Gündəm » İlham Əliyevin Sankt-Peterburqa səfər etməməsinin səbəbləri açıqlandı

İlham Əliyevin Sankt-Peterburqa səfər etməməsinin səbəbləri açıqlandı

22 dekabr 2025, Bazar ertəsi
2
0
İlham Əliyevin Sankt-Peterburqa səfər etməməsinin səbəbləri açıqlandı
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının bu gün keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsinin səbəbləri açıqlanıb.
 
Prezident Administrasiyasından AZƏRTAC-a bildirilib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının dekabrın 21-də keçirilmiş iclasında iştirak etməyib.
 
Dövlətimizin başçısı bu gün MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə isə iş qrafikinin sıxlığına görə iştirak edə bilməyəcək.
 
Xatırladaq ki, Azərbaycan Respublikası üzv dövlət kimi MDB-nin rəsmi Zirvə görüşlərində mütəmadi olaraq iştirak edir və MDB çərçivəsində əməkdaşlığa, o cümlədən üzv dövlətlərlə ikitərəfli əlaqələrin inkişafına mühüm əhəmiyyət verir.
 
Prezident İlham Əliyev bu il oktyabrın 9-10-da Tacikistanın Düşənbə şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. İclas çərçivəsində istər ikitərəfli, istərdə də çoxtərəfli müstəvidə keçirilmiş görüşlər səmərəli olub.
Şərh yaz
Şərhlər (0)