Sabiq ABŞ rəsmisindən etiraf: “Qərb 25 ildir Putini başa düşməyib”

ABŞ Dövlət Katibinin Avropa məsələləri üzrə sabiq müavini, diplomat Uess Mitçel Qərbin Vladimir Putini uzun illər boyunca yanlış analiz etdiyini bildirib.
Onun sözlərinə görə, son 25 ildə Qərb liderləri nə Rusiyanın rəhbərinin bəyanatlarını, nə də siyasi strategiyasını ciddi qəbul edib.
Mitçel vurğulayır ki, Putin həm Münhen, həm də Buxarest sammitlərində səsləndirdiyi mesajları ardıcıl şəkildə reallaşdırıb və bununla Qərb hegemonluğuna açıq şəkildə meydan oxuyub. Diplomatın fikrincə, Moskvanın addımlarını düzgün qiymətləndirməyən Qərb hər dəfə situasiyaya gec reaksiya verib.
Mitçel hesab edir ki, məhz Qərbin strateji səhvləri nəticəsində Putin 25 il boyunca siyasi arenada üstünlüyünü qoruyub və demək olar ki, bütün böhranlarda ilk təşəbbüsü ələ alan tərəf Kreml olub.(Musavat.com)
Daha çox xəbər:
10 dekabr 2025, Çərşənbə
Kreml İrəvana erməni kilsəsindən hücuma keçib: Rusiya Cənubi Qafqaz üçün yeni xaos ssenarisi yazır
24 noyabr 2025, Bazar ertəsi
"Sülh planı"nın Kremldə yazılıb, Ağ Evdə imzalandığı iddia olunur: Trampın Putin qarşısında tam geri çəkilməsinin sirri açılır
01 dekabr 2025, Bazar ertəsi
Kreml NATO ilə "böyük savaşı" rəsmən anons etdi: Qərbdə dərhal Rusiya ilə qaçılmaz müharibənin gerisayımı başladı
27 oktyabr 2025, Bazar ertəsi
Tramp Putinlə "görüş qapısı"nı tamamilə qapadır: ABŞ indi artıq Rusiyanın məğlub olmasını istəyir
Şərhlər (0)

