Zelenski ilk dəfə Prezident Administrasiyasının rəhbəri vəzifəsinə namizədlərini açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə olaraq Prezident Administrasiyasının rəhbəri vəzifəsinə kimi nəzərdən keçirdiyini açıqlayıb.
"Report"un verdiyi məlumata görə, namizədlər arasında müdafiə naziri Denis Şmıqal və rəqəmsal transformasiya naziri Mixail Fedorov var.
Onun sözlərinə görə, bu vəzifəyə təyin olunmazdan əvvəl Ali Rada nazirləri hazırkı postlarından azad etməlidir. Zelenski həmçinin qeyd edib ki, ölkədə bu əsas qurumların rəhbərlərini kimin əvəz edə biləcəyini bilmir.
Namizədlər arasında həmçinin Ukraynanın BMT-dəki keçmiş daimi nümayəndəsi, hazırda isə Ukrayna xarici işlər nazirinin birinci müavini olan Sergey Kislitsa da qeyd olunub. Zelenskinin sözlərinə görə, diplomat hazırda danışıqlar prosesində ona kömək edir. Hərbi şəxslərdən isə Prezident Administrasiyasının rəhbəri postuna Kiril Budanov və Pavel Palisanın namizədliyi nəzərdən keçirilir.
Xatırladaq ki, 28 noyabrda Prezident Administrasiyasının rəhbəri Andrey Yermak istefa vermişdi.
Daha çox xəbər:
24 noyabr 2025, Bazar ertəsi
"Sülh planı"nın Kremldə yazılıb, Ağ Evdə imzalandığı iddia olunur: Trampın Putin qarşısında tam geri çəkilməsinin sirri açılır
14 noyabr 2025, Cümə
"Ukrayna sindromu" Qərbi iflic edir, Avropada sabitliyi pozur: ABŞ geri çəkilsə də, Rusiya qlobal savaşın vaxtını belə, artıq təyin edib
04 dekabr 2025, Cümə axşamı
ABŞ kəşfiyyatı “Tramp planı”nı əngəlləyir: Ağ Ev isə üç lideri “yemək masası”na çəkir, menyuda Ukraynadır
Şərhlər (0)

