Hakan Fidan: Avropada yeni sistem yaranacaq

Şərtlər nə qədər ağır, mövqelər nə qədər fərqli olursa olsun, problemin həlli üçün bir masa ətrafındasınızsa, o zaman ortaq məxrəcə gəlmək üçün mütləq bir yol tapılacaq.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı mövqelərini açıqlayarkən deyib.
Nazir Fidan bildirib ki, Rusiya-Ukrayna müharibəsinin həllində əsas problem kimi Ukraynanın ərazisi, Rusiyanın strateji hədəfləri və təhlükəsizliyi, eyni zamanda Avropanın da öz təhlükəsizliyi ilə bağlı olan fərqli fikirlərin olmasıdır.
O əlavə edib ki, Avropa Rusiya-Ukrayna müharibəsini gələcək təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması çərçivəsində həllinin tərəfdarıdır. “Bu səbəbdən də hər tərəfin məsələyə baxışı fərqlidir”, - o qeyd edib.
Nazir Fidan hesab edir ki, hazırda vasitəçi kimi fəaliyyət göstərən və tərəflərlə görüşən Stiv Uitkoffun burada xüsusilə mühüm rol oynayacaq.
Onu da qeyd edib ki, Rusiya ilə Ukrayna arasındakı sülh Avropada yeni sistemin yaranması ilə nəticələnəcək: "Buna görə də, indi hər kəs mövcud potensial razılaşmaya lazım olduğundan daha çox əhəmiyyət verməyə çalışır. Çünki bu, təkcə bu günlə, təkcə müharibənin dayandırılması ilə bağlı deyil, həm də gələcəklə bağlıdır"
Fidan bildirib ki, razılaşmadan sonra hər kəs riskləri, mənfəəti, eləcə də Avropanın təhlükəsizliyini düşünür.
Daha çox xəbər:
04 dekabr 2025, Cümə axşamı
ABŞ kəşfiyyatı “Tramp planı”nı əngəlləyir: Ağ Ev isə üç lideri “yemək masası”na çəkir, menyuda Ukraynadır
22 noyabr 2025, Şənbə
Avropa ölkələri ABŞ-Rusiya tandeminə “savaş” açır: Yeni “Tramp-Putin planı” da iflasa uğrayacaq
01 dekabr 2025, Bazar ertəsi
Kreml NATO ilə "böyük savaşı" rəsmən anons etdi: Qərbdə dərhal Rusiya ilə qaçılmaz müharibənin gerisayımı başladı
Şərhlər (0)
