Ukrayna münaqişəsi ilə bağlı xoş xəbərlər olacaq

ABŞ-ın vitse-prezidenti Cey Di Vens yaxın həftələrdə Ukraynadakı münaqişənin həlli ilə bağlı "xoş xəbər" alacağına ümid edir.
Bu gözləntisini Vens "NBC News"a verdiyi müsahibədə açıqlayıb:
"Düşünürəm ki, hər halda, çox irəliləyiş əldə etmişik. Amma hələ tam olaraq buna nail olmamışıq. Fikrimcə, yaxın bir neçə həftə ərzində bu istiqamətdə yaxşı xəbərlər olacaq".
Vitse-prezident həmçinin bildirib ki, o və "bütün Ağ Ev" Ukrayna böhranının hələ həll olunmamasından məyusdur:
"Biz həqiqətən inanırdıq - və ABŞ prezidenti Donald Tramp bunu milyon dəfə deyib - bu, həll edilməsi ən asan müharibə olacaq".
Daha çox xəbər:
04 dekabr 2025, Cümə axşamı
ABŞ kəşfiyyatı “Tramp planı”nı əngəlləyir: Ağ Ev isə üç lideri “yemək masası”na çəkir, menyuda Ukraynadır
27 oktyabr 2025, Bazar ertəsi
Tramp Putinlə "görüş qapısı"nı tamamilə qapadır: ABŞ indi artıq Rusiyanın məğlub olmasını istəyir
Şərhlər (0)


