Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Paşinyan: "Bu gündən bizi söyənlərə cavab verməyəcəyik" - İrəvanda "nəzakət qanunu"

Paşinyan: "Bu gündən bizi söyənlərə cavab verməyəcəyik" - İrəvanda "nəzakət qanunu"

02 dekabr 2025, Çərşənbə axşamı
3
0
 
Ermənistan baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının İdarə Heyətinin yeni “Etika Qanunvericiliyi” qəbul etdiyini açıqlayıb.
 
 Paşinyan sosial şəbəkədə yazdığı paylaşımda bildirib ki, ölkənin siyasi atmosferinin formalaşmasında əsas məsuliyyət daşıyan hakim partiya bundan sonra öz davranış standartlarını daha yüksək səviyyəyə qaldırır.
 
Onun sözlərinə görə, qəbul edilən sənəd partiya üzvlərini siyasi polemikada təhqir, alçaltma və şəxsi hücumlardan uzaq qalmağa öhdələndirir. Paşinyan vurğulayıb ki, qarşı tərəfdən gələn təhqirlərə eyni üslubda cavab verilməməsi zəiflik deyil, yeni qəbul edilmiş etik qaydalara sadiqlik kimi qiymətləndirilməlidir.
 
Baş nazir bildirib ki, cəmiyyətin ictimai-siyasi həyatı daha çox fakta və arqumentə əsaslanan, qarşılıqlı hörmət, nəzakət, şəffaflıq və hesabatlılıq prinsiplərinə söykənən mühitə çevrilməlidir. O, siyasi mədəniyyətin yüksəldilməsi üçün ilk addımı iqtidar partiyasının atdığını qeyd edib.
Şərh yaz
Şərhlər (0)