Paşinyan Ermənistanda milli azlıqlara rüşvət təklif etdi

Milli azlıqların nümayəndələri də Ermənistanın hakim partiyasının 2026-cı il parlament seçkiləri üçün tərtib etdiyi seçki siyahısında yer alıblar.
Bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrə görə, məsələ ondadır ki, Ermənistan konstitusiyası parlamentdə milli azlıqların məcburi təmsilçiliyini təmin edir.
“Artıq məlum olduğu kimi, hazırkı çağırış parlamentdə Ermənistanın ən böyük 4 milli azlığından nümayəndələr var və onların üçü “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvləridir.
Məlumatımıza görə, bu dəfə də rus icmasının nümayəndəsi Aleksey Sandikov, yezidi icmasının nümayəndəsi Rüstəm Bakoyan, kürd icmasının nümayəndəsi, Ermənistan Respublikaçılar Partiyasının keçmiş deputatı, 80 yaşlı Knyaz Həsənov hakim partiyanın seçki siyahısında yer alıblar”, - deyə KİV bildirib.
Müəllif qeyd edib ki, hər üç şəxs hazırda Ermənistan parlamentində “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatlarıdır.
“Joğovurd”un mənbələrinin bildirdiyinə görə, siyahıya həmçinin aysor icmasının nümayəndəsi Arsen Mixaylov da daxil edilib.
“O, 6-cı və 7-ci çağırış parlamentlərinin deputatı olub, yenə “Vətəndaş Müqaviləsi” fraksiyasının, əvvəl isə Ermənistan Respublikaçılar Partiyasının üzvü olub.
Qeyd edilir ki, Rüstəm Bakoyan istisna olmaqla qalan üç nəfər partiya üzvü deyil və hakim partiyanın seçki siyahısına daxil edilmək üçün 1,5 milyon dram məbləğində ödəniş ediblər.
Qeyd edək ki, 2026-cı il seçkilərindən sonra Dont formuluna əsasən hansı namizədlərin növbəti parlamentə keçəcəyi bölüşdürüləcək”, - deyə nəşr bildirib.**Ordu.az
Daha çox xəbər:
26 noyabr 2025, Çərşənbə
Paşinyan erməni kilsəsini çökdürür, Rusiyaya ağır zərbə vurur: Kreml üçün “Ukrayna ssenarisi”ndən başqa variant qalmadı
17 noyabr 2025, Bazar ertəsi
Vaşinqtonda Epşteyn "zəlzələsi" - Tramp 20 min sənədin açılmasına qərar verdi
25 oktyabr 2025, Şənbə
Kreml Paşinyanın “qələmini qırmaq”da israrlıdır: Ermənistan üçün “fəlakət ssenarisi” sürətlə yaxınlaşır
18 noyabr 2025, Çərşənbə axşamı
Səttar Möhbalıyev: Yeni Azərbaycan Partiyası dünənin məsuliyyəti, bu günün gücü, gələcəyin zəmanətidir
Şərhlər (0)

