Maduro hakim partiyada rəhbərliyi yenilədi - Getməyə hazırlaşır?

Prezident Nikolas Maduro hakim Venesuela Birləşmiş Sosialist Partiyasının (VSSV) siyasi bürosunun tərkibini yeniləyib.
Məlumatı Maduro özü Karakasda keçirilən mitinqdə açıqlayıb: "Mən Bolivar İnqilabının siyasi və sosial qüvvələrinin ən yüksək səviyyəsində liderliyi öz üzərinə götürəcək və bu inqilabın baş komandanı kimi mənə kömək edəcək 12 həmvətənimizdən ibarət siyasi büro təyin edirəm".
Yeni ali partiya orqanına VSSV və Venesuela kabinetindən yüksək vəzifəli şəxslər daxildir. Daxili İşlər naziri Diosdado Kabello partiyanın baş katibi vəzifəsini qoruyub saxlayıb. Parlament sədri Xorxe Rodriges onun təbliğat və əks-təbliğat üzrə müavini təyin edilib.
Analitiklərə görə, Maduronun bu addımı ölkəni tərk edəcəyi halda rəhbərliyin etibarlı adamlarda olmasını təmin etmək məqsədi daşıyır.
Daha çox xəbər:
18 noyabr 2025, Çərşənbə axşamı
Səttar Möhbalıyev: Yeni Azərbaycan Partiyası dünənin məsuliyyəti, bu günün gücü, gələcəyin zəmanətidir
18 noyabr 2025, Çərşənbə axşamı
Eltun Süleymanov: "Yeni Azərbaycan Partiyası tarixi zərurətdən milli intibaha aparan yoldur"
22 oktyabr 2025, Çərşənbə
“Hetq” jurnalistləri “Paşinyanın gizli qrupuna” sızdı – hakim partiyanın daxili yazışmaları ifşa olundu
Şərhlər (0)


