Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Kiyevdən Trampın bu tələblərinə rədd cavabı

Kiyevdən Trampın bu tələblərinə rədd cavabı

26 noyabr 2025, Çərşənbə
2
0

Kiyevdən Trampın bu tələblərinə rədd cavabı


Vaşinqtonun Prezident Donald Trampın irəli sürdüyü sülh təklifləri ilə bağlı nikbin bəyanatlarına baxmayaraq, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün sülh danışıqlarında ciddi maneələr qalmaqdadır.

 CNN xəbər verir ki, Kiyev ABŞ-ın 28 səhifəlik planının üç əsas müddəası ilə razılaşamayaraq “yox” deyir .

Kiyev Donbassın bir hissəsinin Rusiyanın nəzarətinə verilməsini, Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılmasını və Ukraynanın NATO-ya üzv olmaqdan imtinasını tamamilə qəbuledilməz hesab edir.

Ukrayna hesab edir ki, belə bir şərt “pis presedent” yaradacaq və Rusiyaya alyansın genişlənməsinə faktiki olaraq veto hüququ verəcək.

Kiyev hesab edir ki, sülh planındakı hər üç tələb Kremlin maraqlarına cavab verir. 

Nəşr eyni zamanda yazıb ki, istənilən güzəşt Ukrayna hökuməti üçün daxili siyasi risklər yarada bilər.

Şərh yaz
Şərhlər (0)