İranda sərgidə nümayiş etdirilən robotlar insan imiş - Video

İranın Kiş şəhərində keçirilən “Kiş İnox” sərgisindən paylaşılan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
“Qafqazinfo” “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, həmin kadrlarda humanoid robotları xatırladan fiqurların hərəkət etməsi izləyiciləri çaşdırsa da, araşdırmalar göstərib ki, görüntülərdəki robotlar heç də süni intellekt məhsulu deyil.
Belə ki, həmin fiqurlar xüsusi makiyaj və mexaniki yeriş texnikaları ilə robotları təqlid edən real insanlardır.
Videonu diqqətlə analiz edərkən üzdəki sızanaqların, dəri teksturası və jestlərdəki detalların insana aid olmasını görmək mümkündür.
Həmin görüntüləri təqdim edirik:
Daha çox xəbər:
29 oktyabr 2025, Çərşənbə
Pezeşkian: “Türkiyənin nefti, qazı yoxdur, amma xalqı bizdən yaxşı yaşayır” – İran prezidentindən heyrətamiz etiraz
06 noyabr 2025, Cümə axşamı
Şahlar Hüseynov: Qələbənin Beşinci İli: Şuşadan Başlayan Zəfər Yolu və Yenidən Doğulan Qarabağ
Şərhlər (0)



