Tehrandan Vaşinqtona sərt mesaj

“Əgər münaqişə şiddətlənərsə, müharibənin coğrafiyasını dəyişdirəcəyik”.
IRIB-ə xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mühibbi deyib.
“Müharibənin coğrafiyasını mütləq dəyişdirəcəyik. Meydana yeni imkanlara malik yeni silahlar yerləşdirəcəyik. Dünya silahlarımızın gücünə və dəqiqliyinə şahid olacaq və heyran qalacaq”, - Mühibbi əlavə edib.
O, yeni hədəflərə yönələ biləcəklərini də qeyd edib: “Hədəflərimizin əvvəlki kimi olması vacib deyil”.
Mühibbi vurğulayıb ki, SEPAH uzunmüddətli müharibəyə hazırdır.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
07 fevral 2026, Şənbə
Dövlətçiliyə Sadiq, Xalqına Xidmət edən İcra Başçısı Müavini: Hüseyn Əfəndiyev
Şərhlər (0)



