Yenidən Çeçenistanın rəhbəri seçildi

Çeçenistanın hazırkı rəhbəri Ramzan Kadırov Rusiyada keçirilən seçkilərdə bülletenlərin 100 faizinin hesablanmasının nəticələrinə əsasən, yenidən həmin regionun başçısı seçilib.
“Bu barədə məlumatı Rusiyanın Mərkəzi Seçki Komissiyası yayıb.
2011-ci ildən Çeçenistana rəhbərlik edən R.Kadırov səslərin 99,85 faizini toplayaraq qalib gəlib.
Xatırladaq ki, sentyabrın 18-dən 20-dək Rusiyada doqquzuncu çağırış Dövlət Dumasına deputat seçkiləri, habelə regional və bələdiyyə seçkiləri keçirilib. Çeçenistanın rəhbəri seçkilərində isə üç namizəd iştirak edib: Ramzan Kadırov (“Vahid Rusiya”), Çeçenistan Respublikası İctimai Palatasının sədri İsmayıl Denilxanov (“Ədalətli Rusiya”) və region parlamentinin deputatı Xalid Nakayev. Digər iki namizədin hər biri 0,05% səs toplayıb.
Daha çox xəbər:
16 mart 2026, Bazar ertəsi
Qaradağ rayonunda abadlıq və sosial həssaslığın nümunəsi – Namizəd İsmayılovun fəaliyyəti
27 dekabr 2025, Şənbə
Namizəd İsmayılov: Peşəkarlığın, Vətənpərvərliyin və Sosial Məsuliyyətin Nümunəsi
Şərhlər (0)



