Hakan Fidan Dəməşqə GETDİ - İsrail ordusu hücuma keçdi

Bazar günü axşam saatlarında İsrail ordusunun artilleriya bölmələri Suriya ərazisinin cənubunda, silahsızlaşdırılmış zonada yerləşən Ayn-eş-Şaar və Harbun rayonlarına zərbələr endirməyə başlayıb.
Bu barədə yerli “Al-Ikhbariya” telekanalı məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində bəzi ərazilərdə yanğınlar baş verib. Artilleriya zərbələrinin Qolan təpələrindəki mövqelərdən endirildiyi qeyd olunur. Mərmilərin Dəməşqdən 55 km cənub-qərbdə yerləşən Beyt-Jan şəhərinin ətrafına düşdüyü bildirilir.
Jurnalistlər diqqəti ona yönəldiblər ki, günün ikinci yarısında İsrail qüvvələri Tell-Ahmar və Ayn-ən-Nuriya kəndlərinə əlavə canlı qüvvə və texnika göndərib. Yerli sakinlər hərbçilərin yerləşdirilməsinə mane olmağa çalışaraq zirehli texnikaları daşqalaq ediblər.
Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani bazar günü silahsızlaşdırılmış zonada hərbi gərginliyin artmasını pisləyib və İsrail qoşunlarının ərazidən dərhal çıxarılmasını tələb edib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya prezidenti Əhməd əş-Şəraa ilə görüşüb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin “NSosyal” sosial platformasındakı rəsmi hesabında məlumat verilib.
Danışıqlar Türkiyə XİN rəhbərinin Dəməşqə səfəri çərçivəsində baş tutub. Səfərin digər təfərrüatları barədə hələlik açıqlama verilməyib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğan tezliklə Suriyaya səfər edə bilər.
“Yaxın vaxtlarda cənab Prezidentimizin Suriyaya səfəri planlaşdırılır. O, uzun müddətdir ki, belə bir səfər etmək arzusundadır. Biz bu səfər üçün lazımi şərait yaratmağa çalışırıq”, - deyə Hakan Fidan Dəməşqdə ərəb respublikasının keçid hökumətinin XİN rəhbəri Əsəd əş-Şeybani ilə danışıqlardan sonra bildirib.
Fidanın sözlərinə görə, Dəməşqdəki təmaslar zamanı o, səfərə hazırlıqla məşğul olan yüksəksəviyyəli işçi qrupunun fəaliyyəti ilə tanış olub. “Bu baxımdan mənim indiki səfərim böyük əhəmiyyət kəsb edir”, - deyə Fidan Ərdoğanın səfərinin dəqiq tarixini açıqlamadan əlavə edib.
Xatırladaq ki, avqustun ortalarında Rəcəb Tayyib Ərdoğan da yaxın vaxtlarda Suriyaya səfər etmək niyyətində olduğunu bəyan edib.
Daha çox xəbər:
24 dekabr 2025, Çərşənbə
Yaxın Şərqdə yeni “hərbi partlayış” riski artır: Türkiyə Suriyada ABŞ-a bağlı terrorçuları “ovlayır”
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
19 yanvar 2026, Bazar ertəsi
Türkiyə Ağ Evi Suriya üzərindən "vurur": ABŞ-ın "terror dövləti" layihəsi boşa çıxır
12 noyabr 2025, Çərşənbə
Ağ Ev Kremlin son "alınmaz qala"sını da dağıdır: Trampın "güclü lideri" Rusiyanı Suriyadan çıxarır
Şərhlər (0)

