Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » 2 məktəb yandı - 21 şagird həlak oldu+Fotolar

2 məktəb yandı - 21 şagird həlak oldu+Fotolar

11 sentyabr 2026, Cümə
3
0
2 məktəb yandı - 21 şagird həlak oldu+Fotolar
 
Konqonun Bukavu şəhərində yerləşən iki məktəbdə güclü yanğın baş verib.
 
“Hadisə nəticəsində azı 21 şagird həlak olub, çoxlu sayda insan ağır yaralanıb.
 
Ölkənin Təhsil Nazirliyindən bildirilib ki, “Furaah” və “Ujamaa” məktəblərində qeydə alınan faciədə həlak olanların 15-i alovdan qaçarkən yaranan basırıq nəticəsində dünyasını dəyişib. Yaralananların bir hissəsinin vəziyyəti ağır qiymətləndirilir.
 
Nazirlik tələfat sayının artacağını istisna etmir.
 
Yanğının başvermə səbəbləri araşdırılır.
Şərh yaz
Şərhlər (0)