Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Yetkinlik yaşına çatmış hər kəsə - 5000 dollar vəd etdi

Yetkinlik yaşına çatmış hər kəsə - 5000 dollar vəd etdi

10 sentyabr 2026, Cümə axşamı
4
0
Yetkinlik yaşına çatmış hər kəsə - 5000 dollar vəd etdi
“Respublikaçılar aralıq seçkilərdə qalib gəlsələr, yetkinlik yaşına çatmış hər bir ABŞ vətəndaşına 5 min dollar veriləcək”​.
 
Bunu ABŞ Prezidenti Donald Tramp Dallas şəhərində Respublikaçılar Partiyasının milli qurultayında çıxışı zamanı bildirib. 
 
“Əgər respublikaçılar hər iki palatada - həm Nümayəndələr Palatasında, həm də Senatda qalib gəlsələr, mən yetkinlik yaşına çatmış hər bir ABŞ vətəndaşına 5 min dollar məbləğində dividend ödəyəcəyəm”, - dövlət başçısı vəd edib. 
 
Ağ Ev rəhbəri “Tramp dividendi” adlandırdığı bu pulu vətəndaşların ölkə daxilində xərcləməli olacaqlarını əlavə edib.  
 
Qeyd edək ki, ABŞ Konqresinə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın 100 üzvündən 33-ü, həmçinin Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək. Respublikaçılar hazırda qanunvericilik orqanının hər iki palatasına nəzarət edirlər.
Şərh yaz
Şərhlər (0)