Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Zelenskinin təyyarəsini vurmaq istədilər - SON ANDA XİLAS OLDU

Zelenskinin təyyarəsini vurmaq istədilər - SON ANDA XİLAS OLDU

10 sentyabr 2026, Cümə axşamı
3
0
Zelenskinin təyyarəsini vurmaq istədilər - SON ANDA XİLAS OLDU
 
Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Moldovadan yola düşərkən dron zərbəsindən son anda yayınıb.
Bu barədə Norveçin Baş naziri Yonas Qar Störe NRK telekanalına bildirib.
 
Norveç hökumət rəhbərinin sözlərinə görə, hadisə Ukrayna liderinin Osloya səfəri zamanı baş verib.
 
"Moldovadan havaya qalxarkən onun təyyarəsi az qala bir dron tərəfindən vurulacaqdı. O, məhz belə bir reallıqla üzləşdi", - deyə Störe qeyd edib.
 
Zelenskinin Norveç paytaxtına səfəri rəsmi matəm tədbirlərində iştirakla başlayıb. Ukrayna Prezidenti Norveç Kralı Haraldın dəfn mərasimində iştirak edib.
Şərh yaz
Şərhlər (0)