Ruslar “köhnə dost”undan üz döndərir – araq istehsalı çöküşdə

Rusiyada spirtli içki istehsalında azalma ikinci ildir davam edir, avqustda isə geriləmə daha da sürətlənib.
İlin ilk səkkiz ayında ölkədə alkoqollu içkilərin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz azalıb.
Yanvar-avqust aylarında araq istehsalı 12,1 faiz, konyak istehsalı 16,8 faiz geriləyib. Sakit şərabların istehsalında 14,8 faiz, köpüklü şərablarda isə 14,6 faiz azalma qeydə alınıb.
Ən böyük geriləmələrdən biri likör şərablarında baş verib – istehsal 42,6 faiz aşağı düşüb. Meyvə əsaslı alkoqollu məhsulların istehsalı isə 37,7 faiz azalaraq 621,4 min dekalitrə enib.
Məlumata görə, Rusiyada alkoqol istehsalı artıq ikinci ildir ardıcıl azalır. Bazar iştirakçıları bunu qiymətlərin bahalaşması, tələbatın zəifləməsi və spirt üçün aksiz vergisinin ödənilməsi qaydalarının dəyişməsi ilə əlaqələndirirlər.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
29 dekabr 2025, Bazar ertəsi
Köhnə maşınlar üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq - Prezident təsdiqlədi
Şərhlər (0)

