Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » İrəvan və Moskva arasında YENİ DİPLOMATİK ADDIM: Paşinyan Rusiyaya gedir

İrəvan və Moskva arasında YENİ DİPLOMATİK ADDIM: Paşinyan Rusiyaya gedir

07 sentyabr 2026, Bazar ertəsi
3
0
İrəvan və Moskva arasında YENİ DİPLOMATİK ADDIM: Paşinyan Rusiyaya gedir
 
Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Rusiyaya rəsmi səfəri baş tuta bilər.
 
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. 
 
Kreml nümayəndəsi bildirib ki, səfərin dəqiq tarixi hələlik müəyyən edilməsə də, görüşün cari ilin sonuna qədər və yaxın gələcəkdə reallaşması planlaşdırılır.
 
Rusiya və Ermənistan tərəfi ikitərəfli münasibətlər, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunacağı bu kritik görüşün detalları üzərində işləri davam etdirir. 
Şərh yaz
Şərhlər (0)