Ukrayna rusları bu avtomobillərə “keçirdi” - Satışlar 132 faiz artdı

Bu yay Rusiyada benzinlə bağlı yaşanan problemlər onsuz da artmaqda olan hibrid avtomobillərə marağı daha da gücləndirib.
Xüsusilə elektrik şəbəkəsindən enerji yığa bilən PHEV (Plug-in Hybrid Electric Vehicle) tipli avtomobillərə tələbat kəskin artıb.
2026-cı ilin ilk yarısında Rusiya avtomobil bazarında 30,73 min belə hibrid avtomobil satılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 132 faiz çoxdur.
PHEV avtomobilləri həm ənənəvi yanacaqla işləyir, həm də elektrik şəbəkəsindən enerji yığa bilir. Rusiyada belə avtomobillərin orta qiyməti hazırda 3–6 milyon rubl arasında dəyişir.
Mütəxəssislər isə avtomobil seçərkən reklamda göstərilən maksimum yürüş məsafəsindən daha çox rəsmi zəmanətə, ehtiyat hissələrinin əlçatanlığına və yüksək gərginlikli sistemlər üzrə ixtisaslaşmış mütəxəssislərin mövcudluğuna diqqət yetirməyi məsləhət görürlər.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
Şərhlər (0)




