Avropa İttifaqı İrana qarşı əməliyyata qoşuldu

Avropa İttifaqı ABŞ-ın İrana iqtisadi təzyiq göstərmək üçün başlatdığı əməliyyata qoşulur.
Məlumatı ABŞ Maliyyə naziri Skott Bessent X hesabında açıqlayıb: "Avropa İttifaqı rəsmi olaraq “İqtisadi təcrid” əməliyyatına qoşulub və biz onun qətiyyətli və vaxtında atdığı addımı yüksək qiymətləndiririk".
O qeyd edib ki, ABŞ müttəfiqləri ilə birlikdə İran rejiminin "qlobal maliyyə sistemindən nüvə ambisiyalarını, silah proqramlarını və terrorçu qüvvələrini maliyyələşdirmək üçün istifadə etməsinin" qarşısını almaq niyyətindədir: "Dünya İran rejiminə aydın bir mesaj göndərir: qalan bütün maliyyə arteriyasını kəsənə qədər dayanmayacağıq".
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
21 avqust 2026, Cümə
ABŞ iqtisadi müharibəyə başladı: İranın neft ixracı tam dayandı - Azərbaycana necə təsir edəcək?
19 yanvar 2026, Bazar ertəsi
ABŞ maliyyə naziri: Avropa ölkələri Rusiyaya qarşı müqavimət göstərə bilmir
Şərhlər (0)


