Rəsmən elan olundu: Rusiya-NATO müharibəsinə hazırlıq gedir

“NATO Rusiya ilə hərbi qarşıdurmaya doğru gedir”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
O bildirib ki, Şimali Atlantika Alyansı açıq şəkildə müharibəyə hazırlaşır. Nazir müavininin fikrincə, bunu təşkilat rəhbərliyinin hərəkətləri və ritorikası təsdiqləyir.
“Bunlara hərbi proqramlar, hərbi təlimlərin əsas istiqaməti və şərq cinahında hərbi logistikanın inkişafı daxildir”, - diplomat vurğulayıb.
NATO-nun Rusiya ilə müharibəyə hazırlaşdığının digər sübutu kimi, A.Qruşko Avropa İttifaqı və Şimali Atlantika Alyansının strateji sənədlərində Moskvanın birbaşa, hazırda və uzunmüddətli təhlükə kimi təsvir edilməsini göstərib.
Almaniyanın “Bild” qəzeti isə yazıb ki, NATO Rusiya ilə silahlı münaqişə üçün Kalininqrad bölgəsinə birbaşa zərbələr endirməyi nəzərdə tutan strategiya hazırlayıb. Məlumata görə, alyans öz resurslarını pilotsuz uçuş aparatları və raketlərə qarşı mübarizəyə yönəltmək istəyir.
Hərbi ekspert Viktor Litovkin hesab edir ki, alyans Rusiyanın gələcək hücumlarına qarşı müdafiə planlarını qəsdən dərc edir.
“NATO qərargahları da daxil olmaqla, hərbi qərargahlar müxtəlif təhdidlər üçün ssenarilər hazırlamaq təcrübəsinə malikdir. İstənilən hərbi təşkilatın bütün ehtimallar üçün planları olmalıdır. Əminəm ki, Rusiya Baş Qərargahının da oxşar planları var”, - o vurğulayıb.
Ekspertin sözlərinə görə, Rusiya tərəfi planlarını gizli saxlayır, Qərb isə bu barədə açıq danışır.
NATO-nun Strateji Təhlil və Planlaşdırma Qrupunun keçmiş rəhbəri Stefani Babst isə bildirib ki, alyans Rusiya ilə birbaşa hərbi toqquşmadan qaçmaq istəyir, lakin eyni zamanda mümkün “hibrid müharibə”yə hazırlaşır.
O həmçinin əlavə edib ki, alyansın Rusiya ilə gələcək münasibətləri üçün vahid strategiyası yoxdur.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
17 iyun 2026, Çərşənbə
Qərb Kremlin qorxduğu ssenarini niyə işə saldı: Almaniya NATO-nun vuracağı Rusiya ərazilərini anons etdi
06 mart 2026, Cümə
Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir
29 dekabr 2025, Bazar ertəsi
Qərb üçün "80 illik sülh dövrü" artıq bitir: NATO "Rusiya ilə savaş ili"nə girir
Şərhlər (0)

