Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » ŞƏT ölkələrinin liderləri 30-a yaxın sənəd imzalayıblar

ŞƏT ölkələrinin liderləri 30-a yaxın sənəd imzalayıblar

01 sentyabr 2026, Çərşənbə axşamı
2
0
ŞƏT ölkələrinin liderləri 30-a yaxın sənəd imzalayıblar
 
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iştirakçı dövlətlərinin başçıları Bişkekdəki sammitin yekunları üzrə 28 sənəd imzalayıblar.
Bu barədə "Report"un Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir.
 
Liderlər ŞƏT-in 25 illiyi ilə bağlı Bişkek Bəyannaməsini; ŞƏT-ə üzv dövlətlərin beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri üzrə 2026-2028-ci illər üçün Qarşılıqlı Fəaliyyət Planını; ŞƏT-ə üzv dövlətlərin limanların və logistika mərkəzlərinin inkişafı üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planını imzalayıblar.
 
Bundan başqa, sammit iştirakçıları ŞƏT-ə üzv dövlətlərin Başçıları Şurasının nüvə və fiziki nüvə təhlükəsizliyi naminə çoxtərəfli tərəfdaşlığın möhkəmləndirilməsi üzrə bəyannaməsini; Lahor (Pakistan) şəhərinin 2026-2027-ci illərdə ŞƏT-in turizm və mədəniyyət paytaxtı elan edilməsi haqqında sənədi və bir sıra digər sənədləri imzalayıblar.
Şərh yaz
Şərhlər (0)