Pezeşkiandan ABŞ-nin hücumuna reaksiya: “Cavab verəcəyik”

“İran ABŞ-nin Lark adasına hücumuna əks-hücumla cavab verəcək”.
Bunu İran Prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatı Liderlər Zirvəsində iştirak etmək üçün Bişkekə yola düşməzdən əvvəl Tehran hava limanında jurnalistlərə açıqlamasında deyib.
“Biz müharibə axtarmırıq və bu, indiyə qədər dünyaya çatdırdığımız açıq bir mesajdır. Lakin biz heç bir təcavüz qarşısında susmayacağıq və təcavüzkarlara qəti cavab verəcəyik”, - o bildirib.
Qeyd edək ki, ABŞ ordusu İranın Lark adasına zərbələr endirib və nəticədə güclü partlayışlar base verib. SEPAH ABŞ ordusunun hücumu zamanı ölən və yaralananların olduğunu açıqlayıb.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
11 avqust 2026, Çərşənbə axşamı
Bakı və Tehranın arasını vurmaq istəyənlərə liderlərdən tutarlı cavab
Şərhlər (0)



