SON DƏQİQƏ! Hökumət istefa verdi - Bu ölkədə

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətin səlahiyyətlərini dayandırması barədə fərman imzalayıb. Fərman 28 avqust 2026-cı ildə imzalanıb.
Qərar yeni seçilmiş Qurultay qarşısında hökumətin səlahiyyətlərini təhvil verməsi ilə əlaqədardır. Qazaxıstan Konstitusiyasının 69-cu maddəsinə əsasən, hökumət yeni seçilmiş Qurultay qarşısında səlahiyyətlərini təhvil verməlidir.
Fərmana əsasən, hazırkı hökumət yeni kabinetin tərkibi təsdiqlənənədək öz vəzifələrini icra etməyə davam edəcək. Yəni hökumətin istefası ölkədə idarəetmənin dayandırılması demək deyil.
Hazırkı hökumət Baş nazir Olcas Bektenovun rəhbərliyi ilə fəaliyyət göstərir. Hökumətin istefası avqustun 23-də keçirilən parlament seçkilərindən sonra gözlənilən proses idi. Tokayev daha əvvəl seçkidən sonra hökumətin istefa verəcəyini, kabinetdə isə əsasən nöqtəvi dəyişikliklərin aparılacağını bildirmişdi.
Qazaxıstanda yeni seçilmiş birpalatalı Qurultayın ilk sessiyası da bu gün Astanada başlayıb.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
01 iyun 2026, Bazar ertəsi
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb
Şərhlər (0)



