“Mən ən böyük prezidentəm” - Özünü təriflədi

ABŞ Prezidenti Donald Tramp özünü ölkə tarixinin ən böyük prezidenti hesab edir.
Bu barədə o, “Truth Social” sosial şəbəkəsində ABŞ prezidentlərinin şəxsi reytinqini paylaşarkən bildirib.
Tramp özünü “ən böyük” kateqoriyasına daxil edərək siyahıda birinci yerə yerləşdirib. “Böyük” prezidentlər sırasında isə Abraham Linkoln, Corc Vaşinqton, Franklin Ruzvelt, Vudro Vilson, Tomas Cefferson və Endryu Ceksonun adlarını qeyd edib.
“Uğursuzlar” kateqoriyasına Trampın hər iki sələfi – Co Bayden və Barak Obama, həmçinin Uliks Qrant, Uorren Hardinq və Cimmi Karter daxil edilib.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
22 aprel 2026, Çərşənbə
Trampın İsfahan imtahanı - Vyetnamı 5 aya “götürə bilərdi”, amma 2 aydır İrana girə bilmir
Şərhlər (0)



