Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var

Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var

25 avqust 2026, Çərşənbə axşamı
2
0
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
 
Avqustun 25-ə keçən gecə Rusiyanın Krasnodar diyarı və Rostov vilayəti növbəti dəfə zərbələrə məruz qalıb.
 
 "RBC-Ukrayna" xəbər verir ki, yayılan məlumatlara görə, pilotsuz uçuş aparatının (PUA) qalıqları "Afipskaya" dəmir yolu stansiyasının ərazisinə düşüb.
 
Kuban qubernatoru Kondratyev bildirib ki, hadisə nəticəsində iki nəfər həlak olub, daha iki nəfər isə xəsarət alıb.
 
Bundan əlavə, Afipski qəsəbəsində ən azı 10 fərdi evə ziyan dəyib və onların birində yanğın başlayıb.
 
Parallel olaraq, ərazidə yerləşən neft emalı zavodunun ərazisində də yanğın baş verib.
Şərh yaz
Şərhlər (0)