Güclü yanğın dəhşəti: Sənaye zonasında çənlərdən biri partladı

Çexiyanın Otrokoviçe şəhərində yerləşən sənaye zonasında kütləvi yanğın baş verib.
Bu barədə ölkənin Yanğınsöndürmə Korpusunun mətbuat xidməti məlumat yayıb. Alovun söndürülməsi və genişlənməsinin qarşısının alınması üçün əraziyə on yanğınsöndürmə briqadası cəlb olunub.
Hüquq-mühafizə və xilasetmə orqanlarının məlumatına görə, yanğın sənaye zonasındakı iri çənlərdən birinin üstündəki mühafizə qapağının qopması nəticəsində baş verib.
Çənin içərisində asanlıqla alışan kimyəvi maddənin olduğu bildirilir.
Hadisə yerində xilasetmə işləri davam etdirilir, xəsarət alanlar və dağıntıların miqyası barədə məlumatlar dəqiqləşdirilir.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
Şərhlər (0)




