Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsində həlak olan bütün əsgərlərin nəşi tapılıb

Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsində həlak olan bütün əsgərlərin nəşi tapılıb

13 noyabr 2025, Cümə axşamı
3
0
Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsində həlak olan bütün əsgərlərin nəşi tapılıb
 
Azərbaycandan qayıdarkən Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarəsində şəhid olan daha bir nəfərin nəşi tapılıb.
 
 “A haber” xəbər verir ki, bununla da C-130 hərbi yük təyyarəsində həlak olan 20 nəfərin hamısının nəşinin tapıldığı açıqlanıb.
 
Xatırladaq ki, 2 gün əvvəl Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib. 
 
Ötən gün Türkiyənin C130 təyyarəsində həlak olan 20 hərbçidən 19-nun nəşinin tapıldığı açıqlanmışdı.
Şərh yaz
Şərhlər (0)