Simonyan Təhlükəsizlik Şurasının katibi oldu

Alen Simonyan Ermənistanın Təhlükəsizlik Şurasının katibi təyin edilib.
Ermənistan mətbuatına istinadən xəbər verir ki, ölkənin Baş naziri Nikol Paşinyan bununla bağlı Sərəncam imzalayıb.
O bu vəzifədə Armen Qriqoryanı əvəz edib.
N.Paşinyan daha əvvəl hökumətin iclasında çıxışı zamanı A.Qriqoryanın iclasda sonuncu dəfə Təhlükəsizlik Şurasının katibi qismində iştirak etdiyini bildirib. O bu vəzifəni təxminən 8 il icra edib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş nazirinin Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edəcəyi ilə bağlı iddialar yayılmışdı. Bildirilirdi ki, hakimiyyət orqanlarında bunun Baş nazirin Simonyana toy hədiyyəsi olacağı barədə zarafatlar dolaşır.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
Şərhlər (0)




