İranda rejim dəyişikliyi planı boşa çıxdı – "Mossad"ın yeni rəhbərindən kadr təmizliyi

"Mossad" xüsusi xidmət organının yeni rəhbəri Roman Qofman İranda rejim dəyişikliyi planının boşa çıxması səbəbindən qurumun iki yüksəkçinli məmurunu tutduğu vəzifədən kənarlaşdırıb.
Bu barədə İsrailin "Channel 12" televiziya kanalı məlumat yayıb.
Söhbət ötən ilin dekabrında təyin olunmuş "Mossad" rəhbərinin müavini və agentliyin İran şöbəsinin rəisindən gedir.
Məlumata görə, hər iki yüksək rütbəli rəsmi İrandakı etnik azlıqların dəstəyi ilə İslam Respublikasının mövcud rəhbərliyini devirmək və ölkədə yeni hökumət formalaşdırmaq məqsədi daşıyan əməliyyat planının hazırlanmasında birbaşa iştirak edib.
Hazırlanan planın ABŞ Prezidenti Donald Trampa təqdim olunduğu, lakin müəyyən səbəblərdən reallaşmadığı bildirilir. İddialara əsasən, hətta hərbi əməliyyatlar başlamazdan əvvəl amerikalı rəsmilər Trampa xəbərdarlıq ediblər ki, İsrailin İranda hakimiyyət dəyişikliyi ilə bağlı ehtimalları real görünmür.
Təhlükəsizlik mənbələri kanala açıqlamasında Roman Qofman ilə həmin iki zabit arasında artıq bir müddətdir fikir ayrılıqlarının olduğunu təsdiqləyiblər. Bununla belə, vurğulanıb ki, bu kənarlaşdırmalar "Mossad"da həyata keçirilən genişmiqyaslı struktur islahatlarının bir hissəsidir və qarşılıqlı razılıq əsasında baş tutub. Vəzifəsindən azad edilən şəxslər agentlik daxilində başqa postlarda fəaliyyətlərini davam etdirəcəklər.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
19 yanvar 2026, Bazar ertəsi
Türkiyə Ağ Evi Suriya üzərindən "vurur": ABŞ-ın "terror dövləti" layihəsi boşa çıxır
13 fevral 2026, Cümə
Kremlin ABŞ-a ümidi boşa çıxır, “sülh prosesi” pozulur: Rusiya Ukraynaya yeni dağıdıcı hücuma başlayacaq
04 dekabr 2025, Cümə axşamı
ABŞ kəşfiyyatı “Tramp planı”nı əngəlləyir: Ağ Ev isə üç lideri “yemək masası”na çəkir, menyuda Ukraynadır
Şərhlər (0)

