Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Tramp Venesuela neftini müharibə qəniməti adlandırdı

Tramp Venesuela neftini müharibə qəniməti adlandırdı

06 avqust 2026, Cümə axşamı
2
0
Tramp Venesuela neftini müharibə qəniməti adlandırdı
 
Venesuela nefti ABŞ-ın əldə etdiyi qənimətdir.
 
Bunu Nevada ştatının Las-Veqas şəhərətrafı ərazisində çıxış edən ABŞ prezidenti Donald Tramp deyib. O, yanvarın 3-də Karakasda keçmiş Venesuela prezidenti Nikolas Maduronun ələ keçirildiyi əməliyyatı “48 dəqiqəlik müharibə” adlandırıb: "Venesueladan milyardlarla barel neft çıxır. Bu, dünyanın ən zəngin neft yataqlarından biridir".
 
Trampa görə, ABŞ "köhnə üsulla" hərəkət edib, Venesuela neftindən əməliyyata xərclədiyindən "dəfələrlə" çox pul alıb: "Qalib bütün qənimətləri əldə edir".
 
O, həmçinin ABŞ və Venesuelanın dünya neft və qaz ehtiyatlarının 60 faizinə sahib olduqlarını deyib.
Şərh yaz
Şərhlər (0)