Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Avqustun 15-dək günorta saatlarında açıq havada işləmək qadağan edildi

Avqustun 15-dək günorta saatlarında açıq havada işləmək qadağan edildi

06 avqust 2026, Cümə axşamı
7
0
Avqustun 15-dək günorta saatlarında açıq havada işləmək qadağan edildi
Son günlər Şimali Kiprdə hökm sürən anomal isti hava əmək şəraitinin pisləşməsinə səbəb olub.
Buna görə də avqustun 15-dək ölkə ərazisində hər gün saat 12:00-dan 16:00-dək açıq havada işləmək qadağan edilib.
 
Bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Əmək Nazirliyi qərar verib.
 
Nazirlik işəgötürənlərə iş gününün başlanğıcını daha erkən saatlara keçirməyi tövsiyə edib.
 
Qeyd edək ki, ölkədə havanın temperaturu bəzi ərazilərdə 43 dərəcəyə çatır. Analoji qadağa iyulun 22-dən avqustun 1-dək də qüvvədə olub.(publika)
Şərh yaz
Şərhlər (0)