Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Dünənki təyinatından sonra ilk Fərmanı imzaladı

Dünənki təyinatından sonra ilk Fərmanı imzaladı

03 avqust 2026, Bazar ertəsi
6
0
Dünənki təyinatından sonra ilk Fərmanı imzaladı
 
Ermənistanın Baş naziri Nikol Paşinyan dünən yenidən təyin olunduğu bu postda ilk Fərmanı imzalayıb.
 
TASS xəbər verir ki, N.Paşinyan sözügedən Fərmanla Ermənistanın ABŞ-dəki sabiq səfiri Lilit Makuntsu Baş nazirin əsas müşaviri səlahiyyətlərini müvəqqəti idarə edən şəxs postundan azad edib və onu Baş nazirin Aparatının rəhbəri təyin edib.
 
Bundan əvvəl, o, Lilit Makuntsun həmin vəzifəyə gətiriləcəyini, müdafiə naziri Suren Papikyan və daxili işlər naziri Arpine Sarkisyanın isə öz postlarına yenidən təyin olunacaqlarını bildirmişdi. 
 
Xatırladaq ki, avqustun 2-də Ermənistan Prezidenti Vaaqn Xaçaturyan iyunda keçirilən parlament seçkilərində qələbə qazanan “Vətəndaş müqaviləsi” partiyasının lideri Nikol Paşinyanı ölkənin Baş naziri təyin edib. O, 2018-i ildən Ermənistanın Baş naziridir.
Şərh yaz
Şərhlər (0)