Qəzza ilə bağlı tarixi razılaşma: Tezliklə icrasına başlanacaq

Qəzza Sülh Şurası və HƏMAS arasında hərəkatın tamamilə tərksilah edilməsinə dair razılaşma əldə olunub.
Məlumatı ABŞ prezidenti Donald Tramp özünə məxsus Truth Social hesabında paylaşıb: "Bu gün Sülh Şurası HƏMAS və Qəzza zolağındakı bütün digər silahlı qrupların tamamilə tərksilah edilməsi ilə bağlı tarixi bir razılaşma əldə etdi. Bu, davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində böyük bir addımdır".
Axios-un yazdığına görə, Vaşinqton administrasiyası hesab edir ki, razılaşmanın icrasına yaxın həftələrdə başlanacaq.
ABŞ rəsmisinin sözlərinə görə, "icraya yaxın həftələrdə başlanacağı gözlənilir". Nəşr aydınlaşdırır ki, "razılaşmalara əsasən, HƏMAS və İsrail təxminən yeddi-səkkiz ay ərzində qarşılıqlılıq prinsipinə əsaslanan bir neçə mürəkkəb addım atmalıdırlar ki, bu da müstəqil tərəf tərəfindən təsdiqlənəcək".
Xəbər agentliyinin məlumatına görə, İsrail tərəfi HƏMAS-ın razılaşmalara əməl edəcəyinə "son dərəcə şübhə ilə yanaşır".
Qeyd olunur ki, HƏMAS-ın silah istehsalı üçün istifadə etdiyi tunellər və qurğuların məhv ediləcəyi gözlənilir.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
05 yanvar 2026, Bazar ertəsi
ABŞ-ın hədəfində olan ölkələrin siyahısı dəqiqləşdi: Tramp dünyanı orta əsrlər dövrünə geri qaytarır
Şərhlər (0)


