Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Ankarada ŞOK ƏMƏLİYYAT: Bələdiyyə sədri olan məşhur aktyor SAXLANILDI

Ankarada ŞOK ƏMƏLİYYAT: Bələdiyyə sədri olan məşhur aktyor SAXLANILDI

30 iyul 2026, Cümə axşamı
5
0
Ankarada ŞOK ƏMƏLİYYAT: Bələdiyyə sədri olan məşhur aktyor SAXLANILDI
 
Türkiyənin Ankara şəhərində Cümhuriyyət Xalq Partiyasının (CHP) idarəçiliyində olan Etimesqut Bələdiyyəsinə qarşı xüsusi əməliyyat keçirilib.
 
Türkiyə mediası xəbər verir ki, əməliyyat çərçivəsində Etimesqut Bələdiyyə sədri, tanınmış aktyor Erdal Beşikçioğlu ilə yanaşı, çoxlu sayda şəxsin saxlanıldığı bildirilir.
 
Əməliyyatın hansı təhqiqat və cinayət işi çərçivəsində həyata keçirildiyi barədə hələlik rəsmi açıqlama verilməyib.
 
Hazırda Etimesgut Bələdiyyəsinin binasında, eləcə də saxlanılan şəxslərin yaşayış ünvanlarında axtarışlar davam etdirilir.
Şərh yaz
Şərhlər (0)