SEPAH üç neft tankerinə və ABŞ-nin aviabazasına zərbə endirib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında üç neft tankerini vurub.
"Tasnim" xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.
"Xəbərdarlıqlarımızı qulaqardına vuraraq təhlükəli və qanunsuz marşrutla hərəkət etməyə davam edən üç neft tankeri hücuma məruz qalıb və saxlanılıb", - qurumdan bildirilib.
Qeyd olunub ki, ABŞ-nin Hörmüz boğazından keçmək üçün qanunsuz təlimatlarına əməl edən istənilən gəminin hərəkətləri cavabsız qalmayacaq.
SEPAH eyni zamanda İordaniyadakı ABŞ bazasına raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb. “Hava qüvvələri ABŞ-nin İordaniyadakı aviabazasına və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanlıq mərkəzinə bir neçə ballistik raket zərbəsi endirib.
İrana qarşı təhdidlər və Amerika qüvvələrinin maraqlarımıza qarşı qanunsuz və zərərli hərəkətləri aradan qalxmadıqca, müqavimət davam edəcək.
ABŞ rəsmilərinin təhdidləri və maraqlarımıza qarşı qanunsuz müdaxilələr dayandırılmalıdır", - bəyanatda deyilir.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
03 iyun 2026, Çərşənbə
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
Şərhlər (0)



