Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

İstanbulun Üsküdar rayon bələdiyyəsinin sədri Sinem Dedetaş saxlanılıb.
“TRT Haber” xəbər verir ki, Anadolu Baş Prokurorluğu tərəfindən Üsküdar bələdiyyəsi ilə bağlı həyata keçirilən araşdırma çərçivəsində S.Dedetaşla birgə daha 5 nəfər tutulub.
Prokurorluq Dedetaşın da aralarında olduğu bələdiyyə rəsmilərinin tikinti və yaşayış icazələrinin verilməsi prosesində qanunsuzluqlara yol verdikləri barədə daxil olan məlumatlar əsasında sözügedən araşdırmanı başladıb.
Bu araşdırma nəticəsində bələdiyyə sədri barəsində “rüşvət, hədə-qorxu ilə tələb etmə və cinayət törətmək məqsədilə dəstə yaratmaq, ona rəhbərlik etmək” maddələri ilə cinayət işi başladılıb.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
09 aprel 2026, Cümə axşamı
Daha 14 məşhurla bağlı saxlanılma qərarı - Aralarında “Uzak şehir”in Alyası da var
Şərhlər (0)



