Xəzərdə müharibə böyüyür – İran Ukraynaya görə dünyaya ultimatum verdi

İran Ukraynanın Xəzər dənizində İran gəmisinə hücum etdiyini bildirərək beynəlxalq ictimaiyyətdən sərt addımlar atmağı tələb edib.
Reuters-in məlumatına görə, İranın xarici işlər naziri Abbas Araqçı Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla telefon danışığında Ukraynanın İranın Xəzər dənizindəki ticarət gəmisinə hücumunu qətiyyətlə pisləyib.
İran Xarici İşlər Nazirliyinin məlumatına əsasən, hücum nəticəsində gəmidə partlayış baş verib, bir dənizçi həlak olub, daha bir nəfər yaralanıb. Araqçı BMT Təhlükəsizlik Şurasını, Avropa İttifaqını və beynəlxalq ictimaiyyəti hücumu təşkil edənləri və dəstəkləyənləri məsuliyyətə cəlb etməyə çağırıb.
Bununla yanaşı, İran Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağıraraq rəsmi etirazını çatdırıb və bu addımın cavabsız qalmayacağını bəyan edib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Kiyevin Xəzər dənizində Rusiya hərbi gəmisinə və İranın iştirakı ilə hərbi yüklər daşıyan gəmiyə zərbə endirdiyini açıqlayıb.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
13 dekabr 2025, Şənbə
ABŞ Rusiyanı da Ukrayna ilə eyni “labirintə” salır: Zelenskidən istefa, Putindən güzəşt tələb olunur
06 mart 2026, Cümə
Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir
Şərhlər (0)

