Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm

Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm

25 iyul 2026, Şənbə
2
0
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
 
ABŞ prezidenti Donald Tramp növbəti seçkilərdə "yenidən prezidentliyə namizəd olacağını" açıqlayıb.
 
O bunu Ağ Ev Müxbirləri Assosiasiyasının (WHCA) Vaşinqtondakı “Waldorf Astoria” otelində təşkil etdiyi şam yeməyində çıxışı zamanı deyib.
 
"Mən dördüncü dəfə də ABŞ prezidentliyinə namizəd olmaq niyyətindəyəm. Rəsmi addım atacağam. Əslində, düşünürəm ki, bunu artıq etmişəm. Üç dəfə qalib gəlmişəm və indi də bunu yenidən edəcəyəm", -Tramp qeyd edib.
 
Tramp çıxışında yenidən prezidentliyə namizədliyini irəli sürməyin və yarışda qalib gəlməyin onun üçün asan olacağını bildirib. “Mən bu biznesi idarə etməkdə çox yaxşıyam”, - deyə vurğulayıb.
 
Yenidən seçkilərə qatılmaq niyyətində olduğunu açıqlayarkən seçki kampaniyasında istifadə etdiyi qırmızı papağı taxaraq geri çəkilən Trampın papağının üzərində "TRUMP 2028" yazısını nümayiş etdirib.
Şərh yaz
Şərhlər (0)