"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi

Kosta-Rikada "Şeytan" ("El Diablo") ləqəbi ilə tanınan Alexandro Arias Monqe saxlanılıb.
Bu barədə yerli "La Teja" nəşri ölkənin Cinayət Araşdırmaları Bürosunun nümayəndələrinə istinadən məlumat yayıb.
Monqe Kosta-Rikada mütəşəkkil cinayətkarlığın ən nüfuzlu liderlərindən biri və ölkənin ən çox axtarılan cinayətkarı hesab olunurdu. ABŞ federal hakimiyyəti onun saxlanılmasına kömək edəcək məlumatın verilməsi üçün 500 min ABŞ dolları məbləğində mükafat vəd etmişdi.
"Infobae" nəşrinin məlumatına görə, "Şeytan" 10 ildən artıq müddətdə narkotik alveri ilə məşğul olan və amansızlığı ilə tanınan cinayətkar qruplaşmaya rəhbərlik edib. Monqe bu ləqəbi də məhz buna görə qazanıb.
ABŞ hüquq-mühafizə orqanlarının qənaətinə əsasən, o, müəyyən müddət ərzində Kosta-Rikadan ABŞ-yə kokain daşınması üzrə əməliyyatların böyük hissəsinə rəhbərlik edib. Narkotik ticarəti ilə yanaşı, Monqenin rəhbərlik etdiyi cinayətkar şəbəkənin qanunsuz qumar biznesi və digər kriminal fəaliyyətlərlə də məşğul olduğu bildirilir.(oxu.az)
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
12 fevral 2026, Cümə axşamı
SON DƏQİQƏ: DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı - VİDEO
11 dekabr 2025, Cümə axşamı
“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib” - General məhkəməyə gəldi
Şərhlər (0)


