SEPAH: Hörmüzdə iki tankeri vurduq

Hörmüz boğazında cənub marşrutu ilə hərəkət etməyə çalışan iki tanker partladılıb və hərəkət mexanizmi sıradan çıxıb.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumat yayıb.
"Hörmüz boğazının cənubunda təhlükəli bir marşrutla hərəkət etməyə çalışan iki tanker partladılıb və hərəkəti dayandırılıb", - məlumatda qeyd olunub.
SEPAH tankerlərin adları və kimə məxsus olması barədə məlumat verməyib.
ABŞ dövlət katibi Marko Rubio İranı Hörmüz boğazında gəmilərə hücumlara görə tənqid edib.
"Onlar danışmaq, danışıqlar aparmaq istədiklərini bildirməyə davam edirlər, amma biz onların davranışlarına reaksiya veririk və onların davranışı bu gecə də daxil olmaqla gəmilərə raket və dron atmaqdan ibarətdir", - Rubio vurğulayıb.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
Şərhlər (0)




