Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Tramp bu barədə əmri Ankarada olarkən verib

Tramp bu barədə əmri Ankarada olarkən verib

08 iyul 2026, Çərşənbə
4
0
Tramp bu barədə əmri Ankarada olarkən verib
 
ABŞ Prezidenti Donald Tramp İrana zərbələrin endirilməsi barədə əmri Türkiyədə olarkən verib.
 
Bu barədə “Axios” portalının jurnalisti Barak Ravid Ağ Ev administrasiyasındakı mənbələrə istinadən “X”də məlumat yayıb.
 
Onun sözlərinə görə, ABŞ lideri NATO sammitində iştirak etmək üçün dünən səfər etdiyi Ankarada olarkən İrana zərbə endirmək planını təsdiqləyib və bununla bağlı əmr verib.
 
Bildirilir ki, Ağ Ev rəhbəri qərar qəbul etməzdən əvvəl Ankarada ABŞ Dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, maliyyə naziri Skott Bessent və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ilə müşavirə keçirib.
 
Xatırladaq ki, dünən gecə saatlarında Hörmüz boğazı yaxınlığında Qətərə məxsus “Ər-Rukeyyat” adlı neft tankeri vurulub. İran tərəfi neft tankerini xəbərdarlıqlara əməl etmədiyinə görə vurduğunu açıqlayıb. Bundan sonra ABŞ İran ərazisinə zərbələr endirib. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə ABŞ-nin Bəhreyn və Küveytdə yerləşən 85 hərbi obyektinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb.
 
Qeyd edək ki, NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşü bu gün də davam edəcək.
Şərh yaz
Şərhlər (0)