Kiyevə hücum: 10-dan artıq ölü, 50-dək yaralı

Rusiya ordusu iyulun 5-dən 6-na keçən gecə Ukraynanın paytaxtı Kiyevi raket və dronlarla atəşə tutub.
Xarici mətbuat bildirir ki, nəticədə paytaxtda genişmiqyaslı dağıntılar və yanğınlar baş verib, ölənlər və çoxlu sayda yaralanan var.
Kiyev meri Vitali Kliçko 11 nəfərin öldüyünü, 50 yaxın adamın yaralandığını deyib.
“Yaralılardan biri xəstəxanada ölüb. Qırx altı nəfər yaralanıb. Onlardan 27-si, o cümlədən üç uşaq xəstəxanaya yerləşdirilib”, - o qeyd edib.
V.Kliçkonun sözlərinə görə, şəhərin dörd rayonunda dağıntı qeydə alınıb, ən çox ziyan Podolsk rayonuna dəyib, Darnitski rayonunda isə yaşayış binaları zərər görüb.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
18 noyabr 2025, Çərşənbə axşamı
Rusiyadan ilginc demarş - səfirliyimiz yaxınlığında raket bazası var?
Şərhlər (0)



