İsrail İranı hədələdi: Təkbaşına müharibəyə hazırıq

İsrail ordusu zərurət yaranarsa, müstəqil şəkildə İrana qarşı müharibə aparmağa hazır olmalıdır.
"The Jerusalem Post" xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats bəyan edib.
"İsrail ordusunun Baş Qərargahı, zəruri hallarda, istənilən təhdidi aradan qaldırmaq üçün müstəqil şəkildə İrana qarşı İsrail hücumu etməyə hazır olmalıdır", - o qeyd edib.
O,həmçinin xatırladıb ki, son silahlı münaqişə zamanı İsrail İran rəhbərliyinin əksəriyyətini məhv etməyi və İranın strateji imkanlarına zərər verməyi bacarıb.
İranın xarici işlər naziri Abbas Əraqçi bir gün əvvəl İsraili İrana qarşı təhdid xarakterli açıqlamalar verməmək barədə xəbərdar etmişdi. O, Tehranın istənilən təhdidə dərhal və güclü cavab verəcəyini bildirib.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
06 mart 2026, Cümə
Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir
26 dekabr 2025, Cümə
Tərtər rayonunda dövlətçilik ruhunun, sosial məsuliyyətin və vətəndaş xidmətinin parlaq siması – İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadov
09 mart 2026, Bazar ertəsi
Əraqçi: Tramp Pezeşkianın qonşu ölkələrə qarşı dostcasına jestini məhv etdi
Şərhlər (0)

