ABŞ və Türkiyə sanksiyaların aradan qaldırılmasında istəklidir - Fidan

ABŞ və Türkiyə CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının aradan qaldırılmasında istəklidir.
Bunu "CNN Türk" telekanalının canlı yayımında Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"İki ölkə və iki lider bunun (CAATSA sanksiyalarının - red.) ləğvini istəyir. Bunun həyata keçirilməsi üçün edilməli olan proses var. Hazırda Türkiyə və Amerika tərəfinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi prosesindəyik, bunun qərarı onsuz da verilib", - nazir bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp NATO Baş katibi Mark Rütte ilə keçirdiyi görüşdə alyansın Ankarada baş tutacaq sammitinə (7-8 iyul) "Türkiyəni məmnun edəcək bir şeylə" qatılacağını açıqlayıb.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
29 dekabr 2025, Bazar ertəsi
Qərb üçün "80 illik sülh dövrü" artıq bitir: NATO "Rusiya ilə savaş ili"nə girir
Şərhlər (0)


