Bu dəfə işi bir həftəyə bitirəcəyik - Tramp İranı müdrikliyə çağırdı

ABŞ prezidenti Donald Tramp hesab edir ki, İranla müharibə yenidən başlasa, ABŞ-ın "işi bitirməsi" üçün bir həftədən az vaxt lazım olacaq.
ABŞ lideri Pensilvaniya ştatının Allentaun şəhəri yaxınlığında iqtisadi məsələlərlə bağlı çıxışı zamanı bu barədə danışıb:
"Amma Venesuela çox yaxşı davranır, İran da çox yaxşı davranır. Yəni İran ağlabatan və müdrik davranarsa. Əks halda, işi bitirməli olacağıq və bu, yəqin ki, bir həftədən az vaxt aparacaq. Düşünürəm ki, onlar (İran hakimiyyəti - red.) etməli olduqlarını edəcəklər. Çünki biz buna nail olmaq istəyirik".
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
23 dekabr 2025, Çərşənbə axşamı
NATO Rusiyaya niyə yenə müharibə mesajı verdi: Kreml ABŞ-ı qlobal savaşın qarşısını almağa çağırdı
Şərhlər (0)



