Rusiya ilə sülh danışıqlarına hazırıq - Merts

Almaniya kansleri Fridrix Merts Avropanın Rusiya ilə Ukraynada sülh yolu ilə həll yolu axtarmağa hazır olduğunu bildirib.
Bu barədə xarici mediaya istinadla xəbər verir.
"Biz sülh danışıqlarına hazırıq. Ukrayna və Rusiyanın, eləcə də Avropa və Amerikanın danışıqlar masasına oturmalı olduğunu demişik", - Merts bildirib.
Almaniya kansleri əlavə edib ki, Avropa Ukraynaya dəstəyini gücləndirməyə hazırdır.
Bu arada, Politico yüksək vəzifəli Avropa rəsmisinə istinadən bildirib ki, Kaya Kallas Rusiya ilə dialoqda potensial danışıqçı kimi özünü istisna edib. Məqalədə qeyd olunur ki, Moskvaya qarşı aqressiv ritorikasına görə Kallas Rusiya ilə razılığa gələ bilməyəcək.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
04 dekabr 2025, Cümə axşamı
ABŞ kəşfiyyatı “Tramp planı”nı əngəlləyir: Ağ Ev isə üç lideri “yemək masası”na çəkir, menyuda Ukraynadır
Şərhlər (0)


