Türkiyə Ermənistanla sərhədi açdı

Ermənistanın Livan üçün ayırdığı humanitar yardımı daşıyan 4 yük maşını Türkiyə sərhədini keçib.
Bizim.Media xəbər verir ki, yük maşınları iyunun 12-də Marqara keçid məntəqəsini keçərək Türkiyə ərazisi vasitəsilə Livana yola düşüb.
Sərhədlərin müvəqqəti açılması Ermənistan Baş nazirinin Aparatı və Xarici İşlər Nazirliyi Türkiyə tərəfi ilə aparılan danışıqlar nəticəsində gəlinən razılığa əsasən baş tutub.
Ümumilikdə 80 ton olan humanitar yükə 38 ton dərman və gigiyena vasitələri, eləcə də 42 ton qida məhsulları (konservlər və tez xarab olan ərzaqlar) daxildir.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
Şərhlər (0)



